Sabah bu rayonun 21 kəndində qaz olmayacaq

Sabah Yevlax rayonunun 21 kəndində qaz təchizatında fasilə olacaq.
Adalet.az xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismar İdarəsi məlumat yayıb.
Bildirilib ki, "Azəriqaz" İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin Yevlax-Zaqatala xidmət sahəsində yerləşən "Xaldan" qazpaylayıcı stansiyasından (QPS) qidalanan əhali daşıyıcı qaz kəmərinin Əkşəm kəndi ərazisində, kanal üzərindən keçən diametri 219 mm olan polad boruda yaranmış sızma aradan qaldırılacaq.
Bu məqsədlə aprelin 11-də saat 10:00-dan etibarən "Xaldan" ölçü qovşağından (kollektorun çıxışından) qaz verilişi dayandırılacaq və təmir işləri başa çatanadək qaz təchizatı müvəqqəti olaraq kəsiləcək.
Qaz verilişində yaranacaq fasilə 21 kəndi və 5 791 abonenti əhatə edəcək.
Digər Xəbərlər

Şəhid Ələsgər Mirzəliyevlə vida mərasimi keçirildi

Polis səhhəti pisləşən qaziyə kömək etdi - VİDEO

Hikmət Mirzəyevə ağır itki

Suda batan maşın belə çıxarıldı - VİDEO

Kürdəmirdə yük avtomobili YANDI - VİDEO

Şabran çayında batan 2 nəfərin kimliyi məlum oldu - YENİLƏNİB

Yağışlı havada ölümlə nəticələnən qəza baş verməyib
