27 Mart 2025 09:40
512
KRİMİNAL

Şəkidə 16 yaşlı yeniyetmə bıçaqlandı

Şəkidə 16 yaşlı yeniyetmə bıçaqlanıb.

Adalet.az xəbər verir ki, hadisə Şəki şəhər ərazisində baş verib.

Belə ki, 16 yaşlı yeniyetmə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla həmyaşıdına xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan isə sorğuya cavab olaraq bildirilib ki, əməli törədən şəxs
polis əməkdaşları tərəfindən saxlanılıb, müvafiq ekspertiza təyin olunub və araşdırmalar aparılır.