26 Mart 2025 10:35
747
KRİMİNAL

Bakı və rayonlarda silah-sursat tapıldı

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları martın 25-də ölkə ərazisində avtomat, qumbara atan və tapançalar aşkar ediblər.

Adalet.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb. 

Bildirilib ki, paytaxt və respublikanın ayrı-ayrı rayonlarında iki avtomat silahı, iki tapança, bir qumbara atan, bir tüfəng, üç patron darağı aşkar edilərək götürülüb.