15 Aprel 2025 15:04
161
DÜNYA

Simonyan: Paşinyan mayda Moskvada keçiriləcək paradda iştirak edəcək

Ermənistanın baş naziri Nikol Paşinyan mayın 9-da Moskvada keçiriləcək paradda iştirak edəcək.

Adalet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə bildirib.

"N.Paşinyanın mayın 9-da Moskvaya səfəri Avropa İttifaqı və ya digər məsələlərlə bağlı deyil", - o əlavə edib.