15 Aprel 2025 12:44
215
DÜNYA

Zelenski bu tarixdə Aİ liderlərini ölkəsinə dəvət etdi

Ukrayna prezidenti Volodimir Zelenski mayın 9-da Avropa liderlərini Kiyevə dəvət edəcək.  

Adalet.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat dərc edib. 

Bildirilir ki, görüş “diplomatik güc nümayişi” və Moskvada hər il keçirilən Qələbə Paradına alternativ olacaq.

Qeyd olunur ki, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri  Avropa İttifaqından olan həmkarlarına müraciət edərək  onları “birlik və qətiyyət” nümayiş etdirməyə çağırıb.

Xatırladaq ki, mayın 9-da Moskvada Qələbə Paradı keçiriləcək.