adalet.az header logo
  • Bakı -°C
19 Dekabr 2025 12:33
57
GÜNDƏM
A- A+

Son 30 ildə 10 mindən artıq məhkum azadlığa buraxılıb

"Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi bu humanist hüquq siyasəti sonrakı dövrlərdə Prezident İlham Əliyev tərəfindən ardıcıl və uğurla davam etdirilib. Eyni zamanda, Heydər Əliyev Fondu və onun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyeva da deputatlıq fəaliyyəti dövründə bu irsə sadiq qalaraq bir sıra amnistiya təşəbbüsləri ilə çıxış edib".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin qərarın layihəsinin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Komitə sədri bildirib ki, son 30 il ərzində imzalanmış 71 əfv fərmanı ilə 10 mindən artıq məhkum azadlığa buraxılıb, qəbul edilmiş 12 amnistiya qərarı isə 130 mindən çox şəxsə şamil olunub.

“Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli" münasibətilə Milli Məclisə təqdim etdiyi Amnistiya Qərarının layihəsi əhatə dairəsinə görə Azərbaycanın müstəqillik dövründə ən genişmiqyaslı amnistiya sənədi kimi qiymətləndirilir. Qərarın ümumilikdə 20 minə yaxın şəxsə şamil ediləcəyi gözlənilir ki, onlardan 5 mindən çoxunun azadlıqdan məhrumetmə cəzasından azad olunacağı bildirilir”.