01 Aprel 2025 17:28
317
HADİSƏ

Sumqayıtda sürücünü "tok" vurub öldürdü

Sumqayıtda 55 yaşlı sürücü bədbəxt hadisə nəticəsində ölüb.

Adalet.az xəbər verir ki, hadisə Bakı-Quba yolunun “Yaşma bağları” ərazisində qeydə alınıb.

Belə ki, 1970-ci il təvəllüdlü İldırım Mirməmməd oğlu Sultanov idarə etdiyi yük maşınını yolun kənarında saxlayıb, arxa kuzanı qaldırarkən 10.000 kv-luq elektrik cərəyan xəttinə toxunub.

Sürücü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.