22 Avqust 2024 17:04
2478
LAYİHƏ

Qubada  “İnsan alveri və onun qurbanları” adlı maarifləndirici tədbir keçirilib - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İB-inin həyata keçirdiyi “İnsan alveri və onun qurbanları” layihəsi çərçivəsində ADPU-nun Quba filialında maarifləndirici tədbir keçirilib.

Tədbirdə Quba RİH-in əməkdaşı Əhməd Nurullayev, Quba GİKM-in əməkdaşı Nevin Əliyeva, RİİB-in əməkdaşı Gülyanaq Əhmədova, layihənin hüquqşünası Mobil Vəkiloğlu, QHT üzvləri,  müəllim və tələbə kollektivi, iştirak etdib.

Maarifləndirici tədbirdə Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İB-nin sədri Mehriban Abdullayeva,  layihənin hüquqşünası Mobil Vəkiloğlu və digər natiqlər  çıxış edərək bildiriblər ki, layihənin məqsədi İnsan Alveri ilə dövlətimizin yeritdiyi siyasətə, gördüyü işlərə ictimai dəstək göstərmək, gənclərinin internet üzərindən insan alveri qurbanına çevrilməsinin qarşısını almaqdır. Qeyd edilib ki, maarifləndirici layihənin keçirilməsində əsas məqsəd İnsan alverinin qarşısının alınması məqsədi ilə müvafiq sosial təbəqələr üzrə, əsasən də gənclər arasında maarifləndirmə və təbliğat işinin təşkil edilməsi, insan alveri qurbanlarını gözləyən təhlükə, təmin edilən müdafiə tədbirləri, insan alverinə qarşı həyata keçirilən inzibati, cinayət-hüquqi və digər tədbirlər barədə məlumatlandırma işini həyata keçirməkdir .

Sonda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, eyni zamanda ictimaiyyətin diqqətinin problemin həllinə cəlb olunması məqsədilə hazırlanmış sosial çarx izlənilib.