10 Yanvar 2025 10:30
77
İQTİSADİYYAT

Bir ayda iki dəfə qazpulu gəlir...

Bütün xidmət sahələri hər ay bir dəfə abonentlərə ödənişlə bağlı qəbz göndərir.

Yeganə xidmət sahəsi " Azəriqaz" dır ki, ayda iki dəfə  abonentlərə borcla bağlı qəbz  göndərir. Bir neçə dəfə də  bizim əraziyə xidmət edən nəzarətçi  Qardaşov  bir ayda iki dəfə  borcla bağlı qəbz verib. Onsuz da biz hər ay vaxtında tez olaraq bu borcu ödəmişik. Və bir mövcud qanunla borc bir ay müddətində ödənilməlidir. Biz  isə bir aydan tez ödəyirik. İradımızı  nəzarətçi Qardaşova bildirəndə  o dedi ki, bunu mənə rəisimiz deyir və mən də rəisin tapşırığın yerinə yetirirəm.

Ona qayıdıb bildirdik ki, qanun rəisin göztərişindən  üstündür və ona deyin ki,ayda iki dəfə qəbzin verilməsinə görə, abonentlər narazılıq edir. Bizim narazılığımızdan  sonra tay nəzarətçi Qardaşov ayda bir dəfə borcla bağlı qəbz verir.Axır ki, deyəsən, rəis bizi başa düşdü. Min şükür! " Azəriqaz"ın əhali ilə diğər problemi  smart-kart cihazlarının mexaniki sayğaclarla  əvəzlənməsidir.  Məsələn, smart - kart sayğaclar olanda ayda beş manat ödəyirdik.

Bir ildir ki, mexaniki sayğaclara keçilib, hər ay 8 manat ödəyirik. Niyə? Əhalini bu qədər də aldatmaq olarmı! Hər adamdan ayda uç manat artıq pul alınsa, bu, milyonlarla pul eləyir. Və bu əməliyyatın özü  ən böyük iqtisadi cinayətdir. Bunun qarşısınsa ,  hələlik , alan yoxdu!

Emil Faiqoğlu