29 Mart 2025 10:10
266
AVTOMABİL

Axşam saat 22- dən sonra  avtobuslar niyə işləmir?

Bakıda ictimai nəqliyyat vasitələrindən biri də avtobuslardı. Çünki hər gün yarım milyondan çox sərnişin bu nəqliyyatdan istifadə edir. Səhər və günorta saatlarında Bakıda avtobuslar  normal  hərəkət etsələr də axşam doğru onların sayı azalır, intervalı çoxalır.

Yəni sərnişinlər 5-10 dəqiqə yox, düz bir saata yaxın  gözləməli olurlar. Saat 22- dən sonra isə artıq əksər avtobuslar  xəttə çıxmırlar. Çox nadir halda bizi marşrutlarda bir- iki avtobus gözə dəyən, ya dəyməyə. Müxtəlif metrostansiyalardan  çıxıb avtobus gözləyən sərnişinlərin əsəbi tarıma çəkilir. Xeyli gözlədikdən sonra  avtobusların gəlmədiyini görən insanlar məcbur olub bir manatlıq taksilərə əyləşib evlərinə gedirlər. Axı hər adamın da bir manatı yoxdur ki, gündə taksiyə versin və mənzil başına getsin.

Əgər metro gecə saat 24- ə kimi işləyirsə, bəs onda avtobuslar niyə bu vaxta qədər işləməməlidir? Amma sovet dönəmində belə deyildi. Onda metro necə işləyirdisə,  avtobuslar da o qrafika uyğun hərəkət edirdi.Elə ki, marşrutlar özəlləşdirildi, nəqliyyatda bir özbaşınalıq, dərəbəylik yarandı. Sahibkarlar kefləri istədikləri vaxt avtobusları xəttə buraxdı, kefləri istəməyəndə  xəttə buraxmadı. Biraz qar yağanda, yollar  sürüşkən olanda isə heç əksər avtobusları görmək mümkün olmadı.

Bu gün Bakıda  sərnişinlərin avtobuslarla daşınmasında  özbaşınalıq mövcuddur. Bunun qarşısını isə Yerüstü Nəqliyyat Agentliyi almalıdır. Çox təəssüflə ki, məlum qurum da   göstərdiyimiz nöqsanları aradan qaldırmaqda  acizlik göstərir. Niyə? Qoy bunun niyəsini adını çəkdiyimiz  qurum  aydınlaşdırsın!

Emil Faiqoğlu