Almaniyada ABŞ-Ukrayna danışıqları nəticəsiz olacaq - Politoloq
“Almaniyada növbəti dəfə ABŞ-Ukrayna danışıqları keçirilir. Prezident Volodimir Zelenki danışıqlar da iştirak edir. ABŞ-ni danışıqlarda Vladimir Putinin dostu S.Uitkof və C.Kuşner təmsil edir. D.Trampın xüsusi nümayəndəsi S.Uitkof paradında Donbasın Rusiyaya verilməsi müqabilində sülhün əldə edilməsi və Ukraynanın NATO-dan imtina təklifləri var”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, Ukrayna NATO-dan imtina edə bilər:
“Amma, Zelenki Ukraynaya təhlükəsizlik təminatının verilməsini, bunun üçün Ukraynanın müdafiəsi üçün ABŞ Konqresində qanun layihəsinin qəbul edilməsini tələb edir. Amma, ABŞ hər iki təklifi qəbul etmir. Bu kontekstdə danışıqlar aparılacaq. Zelenki ərazi güzəştinə getməyəcək. Bu danışıqların Avropada keçirilməsi Ukraynanın əlini gücləndirir. Almaniyada keçirilən danışıqların nəticəsiz baş tutması istisna deyil”.
O, deyib ki, Rusiya Donbasın ona verilməsini tələb edir:
“Hazırda Ukrayna Avropa İttifaqının dəstəyi ilə Rusiya -ABŞ qarşısında öz mövqeyini qoruyur. Demek olar ki, ABŞ-Rusiya tandemi ilə Avropa İttifaqı ilə Ukrayna arasında siyasi qarşıdurma yaraşanır. Bu siyasi qarşıdurmada tərəflər arasında prinsipial fikir ayrılıqları qalmaqdadır. ABŞ administrasiyasının Avropa İttifaqı ilə deyil, Rusiya ilə anlaşma əldə etməsi Qərb Alyansında uzun illər formalaşmış ABŞ -Avropa İttifaqında dərin çat yaradıb. Bu beynəlxalq siyasi nizamın deqradasiyaya uğramasına gətirib çıxarır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
15 Dekabr 2025 20:00
Ukrayna bu dəfə Həştərxanı VURDU
15 Dekabr 2025 19:51
Ağ Ev Berlində Zelenski ilə danışıqları məhsuldar adlandırıb - YENİLƏNİB
15 Dekabr 2025 19:41
Umerov: Ukraynanı sülhə yaxınlaşdıracaq razılığa gələcəyimizə ümid edirəm
15 Dekabr 2025 18:44


Bakı -°C

