adalet.az header logo
  • Bakı -°C
15 Dekabr 2025 16:31
95
DÜNYA
A- A+

Ərdoğan: Naxçıvan Sazişi türk dünyası üçün dönüş nöqtəsidir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişinin əhəmiyyətindən danışıb.

Adalet.az-ın məlumatına görə, Ərdoğan Naxçıvan Sazişinin türk dünyası üçün bir dönüş nöqtəsi olduğunu bildirib.

Onun sözlərinə görə, 2021-ci ildə TDT-nin İstanbul zirvəsində əməkdaşlığı daha bir üst səviyyəyə qaldırıblar, Türk dövlətləri arasında hər sahədə keçmişlə müqayisə olunmayacaq dərəcədə sıx əmədaşlıq qurulub.