29 Iyul 2025 10:58
146
DÜNYA

Tailand və Kamboca arasında toqquşmalar yenidən başlayıb

Tailand və Kamboca sərhədində toqquşmalar yenidən başlayıb.

Adalet.az xəbər verir ki, bu  barədə xarici KİV məlumat dərc edib. 

Kamboca sərhəddə döyüşlərin yenidən başladığı üçün Tailandla görüş təxirə salınıb. 

Qeyd olunur ki, Tailand tərəfi atıcı silahlardan atəşlə cavab verib.

Tailand və Kamboca arasında sərhəd münaqişəsi iyulun 24-ü səhər saatlarında kəskinləşib. Tailand hakimiyyəti Kambocanı münaqişəni qızışdırmaqda günahlandırıb, daha sonra isə ölkənin hərbi hava qüvvələri onun ərazisindəki hədəflərə zərbələr endirib.

Toqquşmalarda 22 nəfər həlak olub.