TDT Baş katibi: Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağına ümid edirəm

Azərbaycan və Ermənistan arasında sülh sazişinin bütün maddəıərinin razılaşdırılması çox önəmlidir və ümid edirəm ki, tərəflər arasında müqavilə imzalancaq.
Adalet.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev Report-un əməkdaşına IV Antalya Diplomatiya forumu çərçivəsində deyib.
O bildirib ki, sülh sazişinin üzərində hazırda iş gedir və bu vaxta qədər olan ən böyük nailiyyət Azərbaycan torpaqlarının işğaldan tam azad edilməsidir:
“Bu, Azərbaycan və bütün türk dünyası üçün önəmlidir. Maddələrin razılaşdırılması isə sülhün təminatı baxımından önəmlidir”.
Zəngəzur dəhlizinə gəlində isə Baş katib vurğulayıb ki, bu layihə əslində təkcə Azərbaycan üçün deyil, Ermənistan, İran, digər qonşu dövlətlər daxil olmaqla hər kəs üçün vacibdir:
“Əlbəttə ki, bu layihə Orta Dəhliz üçün də perspektivlidir. Əvvəllər Orta Dəhliz alternativ kimi görülürdüsə, indi artıq onun bir hissəsi kimi baxılır. Ümid edirəm ki, bu da tezliklə həyata keçiriləcək”.
Digər Xəbərlər

Sahibə Qafarova Azərbaycanın faşizm üzərindəki qələbədə rolundan danışıb - FOTOLAR

Zakir Həsənov Türkiyə HDQ komandanı ilə görüşdü - VİDEO

İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi

Azərbaycanla Gürcüstan Cənubi Qafqazda sülhün təmin edilməsinə, təhlükəsizliyə öz töhfəsini verir

Türkiyə səfiri: Xankəndidə həm sosial, həm də təhsil həyatı öz axarına qayıdıb

"Azərbaycan-Gürcüstan münasibətləri çoxşaxəli əməkdaşlığı təşviq edir" - Deputat

"Sülhün bərqərar edilməsində həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir" - Deputat
