03 Aprel 2019 17:57
161562
RUBRİKA

TƏHLÜKƏSİZLİYİNİZİ TƏMİN ETMƏK İSTƏYİRSİNİZSƏ...

"Yol hərəkətihaqqında” Qanun

(əvvəli ötənsaylarımızda)

XI. Parklanmayerləri ödənişli və ödənişsiz ola bilər. Parklanmaya görə ödəniş parkomat (nağdqaydada və ya plastik kartla), SMS, elektron ödəmə sistemləri və ya internetvasitəsilə həyata keçirilir. Bu zaman ödənişə dair məlumatlar dərhal müvafiqicra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür.

XII. Nəqliyyatvasitələrinin parklanmasına görə ödənişin məbləği müvafiq icra hakimiyyətiorqanı tərəfindən parklanma yerinin yerləşdiyi ərazi, parklanmanın müddəti vəvaxtı nəzərə alınmaqla müəyyən edilir. Nəqliyyat vasitələrinin ödənişliparklanmasından daxil olan vəsaitin istifadə qaydası müvafiq icra hakimiyyətiorqanı tərəfindən müəyyən edilir.

XIII. Ödənişliparklanma yerlərində nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının oxunması,foto və ya video çəkilişin aparılması, parklanma müddətinin ölçülməsi,parklanmaya görə ödənişin edilməsi, ödəniş və parklanma qəbzlərinin verilməsiüçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikatlaşdırılmışparkomatlar və foto və ya video qeydiyyat funksiyalarına malik olan xüsusitexniki vasitələr yerləşdirilir. Parkomatlar və foto və ya video qeydiyyatfunksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyətiorqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunur.

XIV. Ödənişliparklanma yerlərində istifadəçilər üçün aydın görünən yerdə və oxuna bilənölçülərdə aşağıdakı məlumatlar yerləşdirilir:

1) ödənişliparklanma müddəti, parklanmaya görə ödənişin məbləği və parklanmaya görə ödənişüsulları;

2) parklanmayerlərindən istifadə qaydaları;

3) bu maddəninXIX hissəsində nəzərdə tutulduğu halda nəqliyyat vasitəsinin aparılacağımüvafiq icra hakimiyyəti orqanının ən yaxın mühafizə olunan duracağı barədə məlumat;

4) parklanmaqaydalarının pozulmasına görə məsuliyyət tədbirləri.

XV. Ödənişliparklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniştələb olunmur. Nəqliyyat vasitəsinin istifadəçisi parklanma yerini tərk edərkənparklanma müddətindən asılı olaraq bu maddə ilə müəyyən edilmiş üsullardan birivasitəsilə ödəniş edir.

XVI. Nəqliyyatvasitəsinin istifadəçisi parklanmaya görə ödənişi parklanma yerinə daxil olarkəndə apara bilər. Bu zaman ödəniş parklanma müddətindən asılı olaraq bu maddə iləmüəyyən edilmiş üsullardan biri vasitəsilə həyata keçirilir və ödəniş qəbzi nəqliyyatvasitəsinin salonunda, ön şüşənin arxasında aydın görünən və oxunan yerəqoyulur. Ödəniş edilmış müddətdən artıq parklanma yerindən istifadə edən şəxsparklandığı müddətə müvafiq əlavə ödəniş etməlidir. Nəqliyyat vasitəsininistifadəçisi ödəniş edilmiş müddətdən sonra 10 dəqiqə ərzində parklanma yerinitərk etməlidir və bu müddət üçün əlavə ödəniş tələb olunmur.

(ardı var)