08 Aprel 2019 14:49
160303
RUBRİKA

TƏHLÜKƏSİZLİYİNİZİ TƏMİN ETMƏK İSTƏYİRSİNİZSƏ...

(əvvəli ötənsaylarımızda)

XX. Bu QanununXIX hissəsində nəzərdə tutulmuş müddətin bitməsinə 1 saat qalmış AzərbaycanRespublikasının İnzibati Xətalar Məcəlləsinin 125.2.2-ci maddəsinə nəzərdətutulmuş qaydada nəqliyyat vasitəsinin istifadəçisinə məlumat verilir.

XXI. Sürücülər nəqliyyatvasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödənişedilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün bu maddənin XVI hissəsinəzərə alınmaqla əlavə ödəniş etmədən parklanma yerinin tərk edilməsinə görə məsuliyyətdaşıyırlar.

XXII. Operativ nəqliyyatvasitələri ödənişli parklanma yerlərindən pulsuz istifadə edirlər.

XXIII. Parklanmayerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərininparklanması, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digərüsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasıqadağandır.

XXIV. Parklanmayerində nəqliyyat vasitələri yol nişanları və nişanlama xətləri ilə müəyyənedilmiş qaydada parklanmalıdır. Parklanma yerlərində hər bir nəqliyyat vasitəsininparklanması üçün işarələnmiş yerlərin sərhədlərini pozmaqla parklanmasına yolverilmir.

XXV. Parklanmayerlərində nəqliyyat vasitələrinin parklanmasına dair bu maddədə göstərilən tələblərəəməl olunmasına nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyatakeçirilir.

Maddə 54. Piyadakeçidləri və ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanması

I. Nizamlananpiyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidirki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başaçatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkətinizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidəyaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamışpiyadaları təhlükəyə məruz qoymasın.

Əgər piyadakeçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsinidayandırmalı və piyadaya yol verməlidir.

II. Əgər nəqliyyatvasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sürətiniazaltmışdırsa, qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitələrininsürücüləri yalnız dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadalarınolmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirə bilərlər.

III. Əgər piyadakeçidindən o biri tərəfdə tıxac yaranıbsa və bu, sürücünü piyada keçidindədayanmağa məcbur edəcəksə, onun piyada keçidinə girməsi qadağandır.

IV. Sürücüyaşayış məntəqələrində, piyada keçidlərindən kənarda ağ çəliklə işarə verən korpiyadalara yol verməlidir.

V. Əgər ümumiistifadədə olan nəqliyyat vasitəsinə minmə və ya ondan düşmə yolun hərəkət hissəsindəvə ya orada yerləşən minik meydançasında aparılırsa, sürücü dayanacaqda duranümumi istifadədə olan nəqliyyat vasitəsinə doğru gedən və ya ondan düşüb gedənsərnişinlərə yol verməlidir (qapılar tərəfdən).

VI."Uşaqlar" tanınma nişanı olan dayanmış nəqliyyat vasitəsinəyaxınlaşarkən, sürücü sürəti azaltmalı, lazım gəldikdə dayanmalı və uşaqlarayol verməlidir.

Maddə 55. Nasaznəqliyyat vasitələri və onların yedəyə alınması

I. Nəqliyyatvasitəsi sıradan çıxdıqda, sürücü onu yolun hərəkət hissəsindən kənara çəkməli,bu mümkün olmadıqda səkinin bordürünün (hərəkət hissəsilə bir səviyyədə və yaondan hündür olan yol örtüyünün konstruktiv yan məhdudiyyəti) yanına, yaxudyolun çiyininə çəkməli və bu zaman onu hərəkət hissəsinin kənarına paralelqoymalı, texniki yardım xidmətinə məlumat verməlidir.

II. Dayanmanınqadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsindəonun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəzadayanması işıq siqnalını yandırmalı və ya qəza dayanması nişanınıquraşdırmalıdır.

(ardı var)