15 Aprel 2019 17:41
165167
RUBRİKA

TƏHLÜKƏSİZLİYİNİZİ TƏMİN ETMƏK İSTƏYİRSİNİZSƏ...

(əvvəli ötənsaylarımızda)

III. Yükündaşınmasına:

1) adamları təhlükəyəməruz qoymaması, şəxsi və ya digər əmlaka zərər vurmaması;

2) sürücünün ətrafıgörməsini məhdudlaşdırmaması, nəqliyyat vasitəsinin davamlılığını pozmaması vəidarə olunmasını çətinləşdirməməsi;

3) yükün yerləsürünməməsi və yola düşməməsi;

4) yükün xariciişıq siqnallarının və işıqqaytarıcıların, qeydiyyat və tanınma nişanlarınınüstünü tutmaması, habelə əl ilə verilən siqnalların qəbul edilməsinə maneolmaması;

5) səssalmaması, toz qaldırmaması, yolu və ətraf mühiti çirkləndirməməsi şərti iləyol verilir.

IV. Yükün vəziyyətivə yerləşdirilməsi göstərilən tələblərə cavab vermədikdə, sürücü sadalanandaşıma qaydalarının pozulmasını aradan qaldırmaq üçün tədbirlər görməli və ya hərəkətidayandırmalıdır.

V. Yük qabaq vəya arxa tərəfdən nəqliyyat vasitəsinin qabaritindən - qabarit işığının xarici kənarından1 metrdən çox və ya yan tərəfdən 0,4 metrdən çox qırağa çıxdıqda "İriqabaritli yük" tanınma nişanı ilə işarələnməlidir, sutkanın qaranlıq vaxtıvə məhdud görünmə şəraitində isə, bundan başqa, qabaq tərəfdən ağ işıq fənəri vəya işıqqaytarıcı ilə arxa tərəfdən qırmızı işıq fənəri və ya işıqqaytarıcı iləişarə olunmalıdır.

VI. Ağır çəkilivə təhlükəli yüklərin, zərərsizləşdirilməmiş taranın daşınması, yüklə birlikdəvə ya yüksüz qabarit parametrlərinin eni 2,5 metrdən, hündürlüyü yolun hərəkəthissəsinin səthindən 4 metrdən, uzunluğu bir qoşqulu avtoqatar üçün 20 metrdən,iki qoşqulu avtoqatar üçün 24 metrdən artıq olan, yaxud yükü nəqliyyat vasitəsininqabaritinin arxa nöqtəsindən 2 metrdən çox kənaraçıxan nəqliyyat vasitələrinin,iki və daha çox qoşqulu avtoqatarların hərəkəti xüsusi qaydalara uyğun olaraq həyatakeçirilir.

VII. Taxıl, ot,yem və tökülən digər yüklər daşınarkən, onların üstünə örtük çəkilməlidir.

VIII. Nəqliyyatvasitəsindən yolun hərəkət hissəsinə düşən yük maneə yaratdıqda və onu dərhalaradan götürmək mümkün olmadıqda, sürücü qəza dayanma nişanı və ya yanıb-sönənqırmızı işıqlıportativ fənər qoymalıdır.

IX.Mikroavtobusların, avtobusların və minik maşınlarının sürücülərinə:

a) nəqliyyatvasitəsinin damında xüsusi olaraq bu məqsəd üçün yük yeri quraşdırılmadıqda,onun damında yük daşımaq;

b) yük yerininqarşısını açıq qoymaqla, iri həcmli və ya çox uzun əşyalar daşımaq qadağandır.

X. Tezalışan,partlayış qorxusu olan, radioaktiv, güclü zəhərləyici maddələr və ya digər təhlükəliyüklər yalnız fərqləndirmə-tanınma nişanları olan xüsusi təchiz edilmiş nəqliyyatvasitələri ilə vəxüsusi qaydalarda müəyyən edilmiş şərtlərlə daşınır.

Maddə 58.Nizamlayıcının siqnalları

I. Yollarda,yolayrıcılarında və digər yerlərdə yol hərəkəti qaydalarına nəzarəti həyatakeçirmək, yol hərəkətinin gərginliyinə yol verməmək və ya onu aradan qaldırmaqüçün nizamlayıcısiqnallarından istifadə olunur.

II.Nizamlayıcının siqnallarının aşağıdakı mənaları vardır:

1) Bütün nəqliyyatvasitəsi sürücülərinə və piyadalara aid olan siqnallar:

a) "Diqqət.Hərəkət dayandırılsın" siqnalı hərəkəti qadağan edir, lakin siqnal verilərkənyolayrıcında olan sürücülərə və piyadalara hərəkətlərini davam etməyə icazəverir;

b) "Müəyyənistiqamət üzrə hərəkət" siqnalı nizamlayıcının sinə və arxa tərəfindən gələnnəqliyyat vasitələrinin və piyadaların hərəkətini qadağan edir, sol və sağ tərəfindəngələn tramvayların düzünə, relssiz nəqliyyat vasitələrinin düzünə və sağa hərəkətetməsinə, sinə və arxa tərəfindən isə piyadalara yolun hərəkət hissəsini keçməyəicazə verir;

v) "Soladönmə" siqnalı nizamlayıcının sol tərəfindən gələn tramvayların sola dönməsinə,relssiz nəqliyyat vasitələrinə bütün istiqamətlərdə hərəkət etməyə, sinə tərəfindəngələn nəqliyyat vasitələrinə sağa dönməyə, arxa tərəfindən piyadalara hərəkəthissəsini keçməyə icazə verir, sağ və arxa tərəfindən gələn nəqliyyat vasitələrininhərəkətini isə qadağan edir.

2) Konkret nəqliyyatvasitəsi sürücüsünə və piyadaya aid olan siqnallar:

a) "Sürətiazaldın" siqnalı nizamlayıcı əl ilə yuxarı-aşağı hərəkətlər edərsə, hərəkətəicazə verilən istiqamətlərdə sürücüdən öz nəqliyyat vasitəsinin sürətiniazaldılmasını tələb edir;

b) "Sürətiartırın" siqnalı nizamlayıcı əli ilə üfiqi vəziyyətdə (saat əqrəbi istiqamətində)dairəvi hərəkətlər edərsə, hərəkətə icazə verilən istiqamətlərdə sürücüdən öz nəqliyyatvasitələrinin sürətini artırmaq, piyadalardan isə yolu keçməsini tezləşdirməyitələb edir;

v)"Dayanın" siqnalı nizamlayacı tərəfindən hər hansı nəqliyyat vasitəsinətərəf yönəldilmişdirsə, onun sürücüsündən öz nəqliyyat vasitəsini yolun hərəkəthissəsinin kənarında dayandırmasını tələb edir.

(ardı var)