17 Aprel 2019 18:23
159529
RUBRİKA

TƏHLÜKƏSİZLİYİNİZİ TƏMİN ETMƏK İSTƏYİRSİNİZSƏ...

(əvvəli ötənsaylarımızda)

VII. Korpiyadalara yolun hərəkət hissəsini keçməyin mümkünlüyünü bildirmək üçünsvetoforun işıq siqnallarına səs siqnalı da əlavə edilə bilər.

VIII. Yolun hərəkəthissəsinin zolaqları ilə, xüsusən hərəkət istiqaməti əks tərəfə dəyişə bilənzolaqları ilə nəqliyyat vasitələrinin hərəkətini nizamlamaq üçün belə yollardaqırmızı rəngli X formalısiqnalı və aşağı yönəldilmiş oxşəkilli yaşıl siqnalıolan qarşılıqlı svetoforlar tətbiq edilir.

Bu siqnallaronların altında yerləşən zolaqda hərəkəti müvafiq sürətdə qadağan edir və yaona icazə verir.

Qarşılıqlısvetoforunəsas siqnallarına diaqonal üzrə aşağı sağa və ya sola istiqamətləndirilmiş oxşəkillisarı siqnal əlavə edilə bilər; onun yanması siqnalın dəyişəcəyini və oxun göstərdiyizolağa keçməyin zəruriliyini bildirir. Hər iki tərəfdən 1.9 nişanlama xəttiolan zolağın üzərində asılmış qarşılıqlı svetofor siqnalları yanmadıqda, buzolağa girmək qadağandır.

IX. Tramvaylar,habelə digər ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış zolaqda hərəkətedən həmin nəqliyyat vasitələrinin hərəkətini nizamlamaq üçün "T" hərfişəklində yerləşmişağ-sarımtıl dörd dairəvi siqnalı olan birrəngli siqnal svetoforlarıtətbiq edilə bilər. Svetoforun aşağısında yanan siqnalla eyni anda yuxarıdayanan bir və ya bir neçə siqnal - hərəkətə icazə verir. Aşağısiqnalla birlikdə:yuxarıdakı sol siqnal yananda - sola, ortadakı yananda - düzünə, sağdakıyananda - sağa hərəkət etməyə icazə verir. Əgər yalnız yuxarıdakı üç siqnalyanırsa, hərəkət qadağandır.

X. Dəmiryolkeçidində yerləşən dairəvi ağ-sarımtıl siqnal nəqliyyat vasitələrinin keçiddənkeçib getməsinə icazə verir. Yanıb-sönən ağ-sarımtıl və sönmüş qırmızı siqnalolduqda görmə sahəsi həddində keçidə yaxınlaşan qatarın (lokomotivin,drezinanın) olmadığı halda hərəkətə icazə verir.

XI. Müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olmadan müvafiq ərazidəyerləşən yollarda svetoforlar qurmaq qadağandır.

XII. Yollardasvetoforların qurulması və onların lazımi vəziyyətdə işləməsinə nəzarət müvafiqicra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyatakeçirilir.

XIII. Müvafiq qərarolmadan svetoforların qurulması üçün onları quraşdıran şəxslər məsuliyyətdaşıyırlar.

Maddə 60.Svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi

I. Svetoforun vənizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir.

II. Svetoforun vəya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrinistop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinəmaneətörətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidiqarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar:

1) yolayrıcında- kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76-cı maddəsinindördüncü hissəsini nəzərə almaqla);

2) bu Qanunun44-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında;

3) başqa yerlərdə- hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneəyaratmadan svetofor və ya nizamlayıcı qarşısında.

III. Sürücü nəqliyyatvasitəsini nizamlayıcının göstərdiyi yerdə dayandırmalıdır.

IV. Svetoforunsarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsinikəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilənyerlərdəsaxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir.Siqnal verilərkən yolun hərəkət hissəsində olan piyadalar keçidi boşaltmalı, bumümkün olmadıqda isə, nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətləriniayıran xəttin üzərində dayanmalıdırlar.

(ardı var)