25 Aprel 2019 17:32
162835
RUBRİKA

TƏHLÜKƏSİZLİYİNİZİ TƏMİN ETMƏK İSTƏYİRSİNİZSƏ...

(əvvəli ötənsaylarımızda)

VII. 5.22 nişanıilə işarələnən yaşayış məntəqəsindən qabaqda qurulmuş 3.24 nişanı həmin nişanaqədər qüvvədə olur.

VIII. Nişanlarınqüvvədə olduğu sahə aşağıdakı üsullarla azaldıla bilər:

1) 3.16 və 3.26nişanları üçün - 7.2.1 lövhəciyi tətbiq etməklə;

2) 3.20, 3.22,3.24 nişanları üçün - onların qüvvədə olduğu sahənin qurtaracağında müvafiqolaraq 3.21, 3.23, 3.25 nişanları qoymaqla və ya 7.2.1 lövhəciyi tətbiq etməklə.3.24 nişanının qüvvədəolduğu sahəni maksimum hərəkət sürətinin başqa kəmiyyətigöstərilən 3.24 nişanı qoymaqla azaltmaq olar;

3) 3.27-3.30nişanları üçün - onların qüvvədə olduğu sahənin qurtaracağında 3.27-3.30nişanlarını 7.2.3 lövhəciyi ilə təkrarən qoymaqla və ya 7.2.2 lövhəciyi tətbiqetməklə, 3.27 nişanı 1.4 nişanlama xətti ilə birlikdə; 3.28 nişanı isə 1.10nişanlama xətti ilə birlikdə tətbiq edilə bilər: bu zaman nişanların qüvvədəolduğu sahə nişanlama xəttinin uzunluğu ilə müəyyənləşdirilir.

IX. 3.10,3.27-3.30 qadağan nişanlarının qüvvəsi yolun yalnız nişan qurulmuş tərəfinəşamil edilir.

Maddə 65. Məcburihərəkət istiqaməti nişanları

I. Məcburi hərəkətistiqaməti nişanları sürücülərə nəqliyyat vasitələrinin hərəkətinin icazəverilmiş istiqamətini, sürətini müvafiq nəqliyyat vasitələrinin hərəkətini, eləcədə piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları göstərir.

II. Bunişanların dairəvi forması və mavi fonu vardır.

III. 4.1.1,4.1.2, 4.1.3, 4.1.4, 4.1.5, 4.1.6 nişanları yalnız oxlarla göstərilən istiqamətlərdəhərəkətə icazə verir. Sola dönməyə icazə verən nişanlar geriyə dönməyə də icazəverir. 4.1.1-4.1.6 nişanlarının qüvvəsi ümumi istifadədə olan nəqliyyat vasitələrinəşamil edilmir.

IV. 4.1.1-4.1.6nişanlarının qüvvəsi qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişməyerinə şamil edilir.

V. Yol sahəsininbaşlanğıcında qurulmuş 4.1.1 nişanı ən yaxın yolayrıcına qədər qüvvədə olur. Bunişan həyətlərə və yola bitişik digər ərazilərə girmək üçün sağa dönməyiqadağan etmir. 4.4 nişanıminik avtomobillərinin, avtobusların, motosikletlərin,ümumi istifadədə olan nəqliyyat vasitələrinin və icazə verilmiş maksimum kütləsi3,5 tondan artıq olmayan yük avtomobillərinin hərəkətinə icazəverir. Bu nişanişarələnmiş sahədə yerləşən müəssisələrə xidmət edən, habelə həmin sahədəyaşayan vətəndaşlara xidmət edən və ya məxsus olan digər nəqliyyat vasitələrininhərəkətinə də icazə verir. Belə hallarda, nəqliyyat vasitələri işarələnmiş sahəyətəyinat yerinə ən yaxın yolayrıcından girib-çıxmalıdırlır.

Maddə 66. Məlumatverici-göstəricinişanlar

I. Məlumatverici-göstəricinişanlar hərəkətin müəyyən rejimini tətbiq və ya ləğv edirlər, eləcə də yaşayışməntəqələrinin və başqa obyektlərin yerləşməsi barədə məlumat verirlər.

II. Bunişanların düzbucaq forması vardır, sürücülərin və hərəkətin digəriştirakçılarını yolun vəziyyətinin xüsusiyyətləri, yaşayış məntəqələrininadları, onların keçmə qaydaları, küçələrin və yolların ayrı-ayrı sahələrində hərəkətrejiminin müəyyənləşdirilməsi üçün nəzərdə tutulmuşdur. Bu qrup nişanların müxtəliffonları vardır. Yaşıl fon avtomagistral, göy fon bütün başqa avtomobil yolları,ağ fon yaşayış məntəqəsi əlaməti deməkdir. Ağ fonu olan 5.22 və 5.23 nişanlarıyaşayış məntəqələrində hərəkət qaydalarını tənzimləyən müvafiq tələblərin tətbiqolunduğunu, göy fonu olan 5.24 və 5.25 nişanları yaşayış məntəqələrində hərəkətqaydalarını tənzimləyən müvafiq tələblərin bu yolda tətbiq olunmadığını göstərir.İşarələrin sarı fonu yolun təmir olunan hissələrinin yanından keçmə üçün tətbiqolunur.

(ardı var)