02 May 2019 18:03
161393
RUBRİKA

TƏHLÜKƏSİZLİYİNİZİ TƏMİN ETMƏK İSTƏYİRSİNİZSƏ...

(əvvəli ötənsaylarımızda)

2) nəqliyyatvasitəsini yolun çiynində dayandırmaq üçün hərəkət hissəsinin kənarını göstərənvə sürücüdən sağda yerləşən 1.1 və 1.2 xətlərini kəsib keçməyə yol verilir;

3) 1.5-1.8 xətləriniistənilən tərəfdən kəsib keçməyə icazə verilir;

4) qarşılıqlı hərəkətsvetoforlar olmadıqda və ya söndürülmüş olduqda, 1.9 xətti sürücüdənsağdadırsa, onu kəsib keçməyə icazə verilir, qarşılıqlı hərəkət svetoforlarıyanarkən bir istiqamətdəhərəkətə icazə verilən zolaqları bir-birindən ayıran1.9 nişanlama xəttini istənilən tərəfdən kəsib keçmək olar. Qarşılıqlı hərəkətsvetoforları söndürüldükdə sürücü dərhal 1.9 nişanlanma xəttindən sağtərəfəyerdəyişmə etməlidir. Qarşılıqlı hərəkət svetoforları söndürülmüş olduqda əksistiqamətli nəqliyyat axınlarını ayıran 1.9 xəttini kəsib keçmək qadağandır;

5) 1.11 xəttiniqırıq xətt tərəfdən, habelə yalnız ötməni və ya yandan keçməni başaçatdırdıqdan sonra bütöv xətt tərəfdən kəsib keçməyə icazə verilir.

Yeri dəyişdiriləbilən dayaqlarda qurulmuşmüvəqqəti yol nişanlarının və nişanlanma xətlərinin mənalarıbir-birinə zidd gəldikdə, sürücülər yol nişanlarını əsas tutmalıdırlar.

VIII. Yolqurğularının elementlərinə (körpülərə, dəmiryol keçidlərinə, dayaq qurğularınavə s.) hasarlara, sütunlara, eləcə də yollarda olan və hərəkət üçün təhlükəyaradan digər obyektlərin üzərinə, onların ölçülərini göstərmək və həmçininsürücülərin gözlə istiqaməti müəyyənləşdirməsinə kömək etmək məqsədilə, ağ vəqara rəngli zolaq şəklində şaquli nişanlama çəkilir.

IX. Şaqulinişanlanma xətləri aşağıdakılardır:

1) 2.1 - yolqurğularının hərəkətdə olan nəqliyyat vasitələri üçün təhlükə doğuran ünsürlərini(körpülərin dayaqlarını və s.) göstərir;

2) 2.2 - tunellərin,körpülərin aşırımlarının aşağı kənarını göstərir;

3) 2.3 - ayırmazolaqlarında və ya təhlükəsizlik adacıqlarında düzəldilmiş dairəvi adacıqlarıgöstərir;

4) 2.4 - istiqamətləndiricidirəkcikləri, yolkənarı kötükcükləri, çəpərlərin dayaqlarını və s. göstərir

5) 2.5 - kiçikradiuslu döngələrdə, sərt enişlərdə, digər təhlükəli sahələrdə yol sədlərininyan səthini göstərir;

6) 2.6 - başqasahələrdə yol sədlərinin yan səthini göstərir;

7) 2.7 - təhlükəlisahələrdə yol səthindən hündürə çıxan təhlükəsizlik adacıqlarını göstərir.

Maddə 70. Dəmiryolkeçidlərinin siqnallaşdırılması

I. Dəmiryolkeçidlərindəki işıq siqnalları eyni səviyyədə quraşdırılmış, növbəliklə işləyənvə keçiddən hərəkəti qadağan edən iki yanıb-sönən qırmızı işıqdan ibarətdir.

II. İşıqsiqnallarını ahənglə səslənən və keçiddən hərəkəti qadağan edən səs siqnallarımüşayiət edə bilər.

III. Qırmızıişıqların arasında, yaxud onların üzərində yerləşən və yanıb-sönən ağ işıq hərəkətəicazə verir.

IV. Şlaqbaumquraşdırılmış keçidlərdə bağlı, yaxud bağlanmağa başlayan şlaqbaum olduqda,keçidə daxil olmaq qadağandır.

V. Şlaqbaumardıcıllıqla qırmızı və ağ zolaqlarla rənglənməlidir, ortada isə qırmızı rəngdədisk nəzərdə tutula bilər. Sutkanın qaranlıq vaxtı işıqlandırılmayan yollardaşlaqbaum işıqlandırılmalı və ya qırmızı işıqlar nəzərdə tutulmalıdır.

(ardı var)