07 May 2019 15:32
160369
RUBRİKA

TƏHLÜKƏSİZLİYİNİZİ TƏMİN ETMƏK İSTƏYİRSİNİZSƏ...

(əvvəli ötənsaylarımızda)

VI. Dəmiryolkeçidlərinə yaxınlaşma 1.1 və 1.2 xəbərdarlıq nişanları ilə, yaxud şlaqbaumlanişanlanmalı, keçidin bilavasitə yaxınlığında isə hər bir tərəfdən 1.3.1 və1.3.2 xəbərdarlıq nişanlarıquraşdırılmalıdır.

VII. Dəmiryolkeçidi önündə yaşayış məntəqələrindən kənarda yol boyu 1.4.1-1.4.6 lövhələriquraşdırılır. Həmin lövhələr hərəkət boyu yolun sol tərəfində də quraşdırılabilər. Bu zaman onları 1.1 və ya 1.2 xəbərdarlıq nişanları müşayiət edə bilər.

VIII. Hərəkətintensivliyi az olan keçidlərdə 2.5 üstünlük nişanı quraşdırılır. Həmin keçidlərdənəqliyyat vasitələrinin hərəkətini dəmiryol keçidi üzrə növbətçi nizamlayır.

Maddə 71. Yolişlərində olunan işarələr

I. Yol işləriaparılarkən, habelə yolun zədələnmiş sahələrində təhlükəsiz və fasiləsiz hərəkətitəmin etmək məqsədi ilə aşağıdakı işarələrdən istifadə olunur (6 saylı Əlavə):

1) görülməli işlərinsahəsini müəyyənləşdirən lövhə və səyyari konuslar;

2) nizamlayıcıgöstəriciləri olan sürətli hərəkət lövhələri;

3) iş sahəsinimüəyyənləşdirən qırmızı və ya narıncı rəngli sarışan işıqlar;

4) hərəkətinistiqamətini göstərən maneə;

5) görülən yolişarələrindən yan keçməni göstərən maneələr;

6) yol işlərisahəsinin müəyyən edilməsi üçün bayraqlar.

II. Yol işlərigörülməsinə, onun xarakteri və davam etmə müddətindən asılı olaraq, yalnızmüvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilərazılaşdırıldıqdan, xüsusi yol nişanlarının və ya işıq siqnallarınınqurulmasından sonra başlanıla bilər.

III. İşaparılacaq sahələri aydın görünən stendlərlə, şlaqbaumlarla, ayırıcı dirəklərləvə ya digər xüsusi vasitələrlə işarə etmək lazımdır.

IV. Yuxarıdagöstərilən vasitələr işıqqaytarıcı olmazsa, axşamlar qırmızı və narıncı rənglidaimi və ya sayrışan işıqlar quraşdırılmalıdır.

V. Yolun zədələnmişhissəsində hərəkəti nizamlamaq üçün xüsusi yol nişanları və işıq siqnallarıquraşdırılır, zəruri hallarda isə yaranmış vəziyyətə uyğun olaraq yolun nişanlanmasıaparılır. Əgər vəziyyət tələb edərsə, yol hərəkəti yol fəhlələri tərəfindənnizamlanmalıdır.

VI. Yol işlərininaparılması müddətində qurulmuş xüsusi yol nişanları və ya işıq siqnallarısaxlanılır, işlər qurtardıqda isə ilkin vasitələr bərpa edilir və zəruriolduqda yeni yol hərəkəti şəraitinəmüvafiq olaraq dəyişikliklər edilir.

VII. Yolun hərəkəthissəsində işləyən şəxs narıncı qolsuz paltar geyməlidir, gecə isə həmin geyimişıq qaytaran olmalıdır və yaxud onun üzərində işıqqaytarıcı elementlər nəzərdətutulmalıdır.

VIII. Yol işlərininaparılması ilə əlaqədar hərəkətin bağlanılması və ya onun məhdudlaşdırılması,eləcə də işin aparıldığı yerin, yaxud zonanın nişanlanması dövlət standartı iləmüəyyən edilir.

Maddə 72. Nəqliyyatvasitələrinin tanınma nişanları

Nəqliyyat vasitələrindəaşağıdakı tanınma nişanlarından istifadə olunur (7 saylı Əlavə):

1)"Avtoqatar" - qoşqulu yük avtomobillərində və təkərli traktorlarda(1,4 ton və daha artıq yük götürən), habelə birləşdirilmiş avtobus vətrolleybuslarda - kabinənin damında bir-birindən 150-300 mm aralı, üfiqi yerləşdirilmişnarıncı rəngli üç fənər şəklində;

2) "Tikanlışinlər" - tikanlı şinlər qoyulmuş mexaniki nəqliyyat vasitələrininarxasında - bərabərtərəfli, ağ rəngli, təpəsi yuxarı yönəldilmiş və qırmızıhaşiyəyə alınmış içərisində qara rənglə şin təsviri olan üçbucaq şəklində(üçbucağın tərəfləri azı 200 mm, haşiyənin eni üçbucağın tərəfinin onda biri qədər);

(ardı var)