14 May 2019 17:15
159347
RUBRİKA

TƏHLÜKƏSİZLİYİNİZİ TƏMİN ETMƏK İSTƏYİRSİNİZSƏ...

(əvvəli ötənsaylarımızda)

1)"Avtoqatar" - qoşqulu yük avtomobillərində və təkərli traktorlarda(1,4 ton və daha artıq yük götürən), habelə birləşdirilmiş avtobus və trolleybuslarda- kabinənin damında bir-birindən 150-300 mm aralı, üfiqi yerləşdirilmiş narıncırəngli üç fənər şəklində;

2) "Tikanlışinlər" - tikanlı şinlər qoyulmuş mexaniki nəqliyyat vasitələrininarxasında - bərabərtərəfli, ağ rəngli, təpəsi yuxarı yönəldilmiş və qırmızıhaşiyəyə alınmış içərisində qara rənglə şin təsviri olan üçbucaq şəklində(üçbucağın tərəfləri azı 200 mm, haşiyənin eni üçbucağın tərəfinin onda biri qədər);

3)"Uşaqların daşınması" - avtobusda və ya yük avtomobilinin banında dəstəilə uşaq apararkən, bu nəqliyyat vasitələrinin qabağında və arxasında - qırmızıhaşiyəyə alınmış və içərisində qara rənglə 1.21 yol nişanının simvolu təsviredilmiş sarı rəngli kvadrat şəklində (kvadratın tərəfləri azı 250 mm, haşiyənineni kvadratın tərəfinin onda biri qədər);

4) "Karsürücü" - lal-kar və ya kar sürücülərin idarə etdiyi mexaniki nəqliyyatvasitələrinin qabağında və arxasında-diametri 160 mm olan, içərisində təpəsiaşağı yönəldilmiş bərabərtərəfli xəyaliüçbucağın künclərində 40 mm diametrli üçqara dairəcik çəkilmiş sarı rəngli dairə şəklində;

5)"Əlil" - I və II qrup əlillər üçün xüsusi avadanlıqlar quraşdırılmış,onlar tərəfindən idarə olunan və qeydiyyat şəhadətnaməsində bu barədə müvafiqqeyd olan nəqliyyat vasitələrinin qabaq vəarxasında - tərəfləri 150 mm ölçülü,daxilində 7.17 simvolunun qara boya ilə təsviri olan sarı rəngli kvadrat şəklində;