"Telegram"dan yeni funksiya: Gizli heçnəyiniz qalmayacaq

"Telegram" yeni funksiyanı təqdim etməyə hazırlaşır. Bundan sonra yeni dialoq başlatmış istifadəçi barədə ətraflı məlumat göstəriləcək - istifadəçinin telefon nömrəsinin verildiyi ölkə, qeydiyyat ayı və ili, ümumi qrupların sayı və siyahısı, həmçinin istifadəçinin təsdiq statusu.
Adalet.az xəbər verir ki, yenilik "Android" üçün "Telegram"ın 11.8 versiyasında aşkar edilib.
"Telegram"ın qurucusu Pavel Durov bu funksiyanın təqdimatını 2024-cü ilin iyulunda elan etmişdi.
Yeniliyin əsas məqsədi iki şeyə xidmət edir: özünü başqası kimi qələmə verən dələduzlarla mübarizə aparmaq və servisin istifadəsini daha rahat etmək.
Hazırda bu funksiyanın yalnız "beta" versiyasında işlədiyi üçün rəsmi buraxılış zamanı dəyişikliklər ola bilər. Amma adətən "Telegram"ın açıq beta versiyalarında artıq hazır həllər sınaqdan keçirilir.
Digər Xəbərlər

“Bakcell” DaimOnline ilə tələbələrə 5GB hədiyyə edir

"Azercell" bizim pulumuzu niyə oğurlayır...?

“Bakcell” “Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri”nə qoşulub

Yeniyetmələrin “TikTok”a girişi məhdudlaşdırılır

ETX: “Azərpoçt”un adından dələduzluq halları var

Uçan maşınların kütləvi istehsalı başlayır – Tarix açıqlandı

“Bakcell” xanım jurnalistləri 8 Mart münasibətilə təbrik etdi - FOTOLAR
