10 Yanvar 2025 13:42
173
DÜNYA

Terrorçu və separatçı ideoloqlar hazırlayan “Sahak-Mesrop” erməni məktəbi külə döndü 

Kaliforniyada tüğyan edən meşə yanğınları ermənilərə məxsus “Sahak-Mesrop” adlı erməni məktəbini külə döndərib.

Adalet.az
xəbər verir ki, məlumatı Ermənistana erməni lobbisinin nümayəndələri bildirib. Los Anceles şəhərində baş verən yanğında ABŞ-da "Sahak-Mesrop High Christian School"un binası da yanıb.
ABŞ erməniləri arasında məşhur olan bu özəl məktəb 1980-ci ildə yerli ermənilərin, erməni diaspor təşkilatlarının və icmai təşkilatların təşəbbüsü ilə yaradılıb. Erməni dili, tarixi və dini ingilis dilində tədris olunan dövlət proqramı ilə paralel tədris olunur.
Müəssisədə uşaq bağçası da fəaliyyət göstərirdi.

Dəymiş ziyanın həcmi göstərilmir. ABŞ-ın “Şərq” mənbəyi bildirir ki, məktəb Altadenada, təpədə yerləşir və yanğına çox yaxın olub, ona ciddi ziyan dəydiyi güman edilir.

 

 Əntiqə Rəşid