Təyyarə qəzasında yaralanan şəxslərdən sonuncusu xəstəxanadan buraxılıb

Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan və ölkəmizə gətirilərək Yeni Klinikaya yerləşdirilən şəxslərdən sonuncu pasiyent də xəstəxanadan buraxılıb.
Adalet.az xəbər verir ki, Yeni Klinikanın Reanimasiya şöbəsinə qəbul olunaraq, üzərində cərrahi əməliyyat icra olunan şəxsin (qadın) vəziyyəti qənaətbəxş hesab edilib. Bununla belə pasiyentin tibbi reabilitasiyaya ehtiyacı olduğu nəzərə alınaraq, müalicəsinin TƏBİB-in tabeliyində fəaliyyət göstərən Tibbi Reabilitasiya Mərkəzində davam etdirilməsinə qərar verilib.
Məlumat üçün bildirək ki, bundan əvvəl Yeni Klinikadan Tibbi Reabilitasiya Mərkəzinə təxliyə edilən, orada müalicə alan digər iki nəfərin vəziyyəti qənaətbəxş hesab edildiyindən ambulator müalicə üçün evə buraxılıb.
Bir müddət əvvəl öz istəyi ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına köçürülən şəxs də bu gün ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, ambulator müalicə üçün evə yazılan hər bir şəxsin sağlamlıq durumu yaşadıqları ərazi üzrə müvafiq sahə həkimləri tərəfindən nəzarətdə saxlanılır
Digər Xəbərlər

Mehriban Əliyeva Perinatal Mərkəzdə oldu - FOTOLAR

Döymə dəri xərçənginə səbəb ola bilər
jpg-1741080993.jpg)
Möyle bəy, QRAND adını dəyişib EGE edən hospitalı tanımırdınız?

Qastroenteroloq: Oruc tutmaq orqanizm üçün çox faydalıdır

Qaraciyər xəstəliyinin dörd gizli əlaməti

"Enerji içkilərindən istifadə edənlərin uşaqları olmur" - Deputat

Ramazanda yanlış qidalanma sağlamlıq problemlərinə səbəb ola bilər
