"Postdan Xankəndiyə qaçmağa başladıq, yolda sizin hərbçilərə təslim olduq" - Stepanyan

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası martın 6-da davam etdirilib.
Adalet.az xəbər verir ki, təqsirləndirilən şəxs Qurgen Stepanyan 2005-2007-ci illərdə Hadrutda müddətli hərbi xidmət keçidiyini, 2023-cü ildə isə döyüş postuna aparıldığını bildirərək deyib: “Sentyabrın 19-da postdan Xankəndiyə qaçmağa başladıq, yolda sizin hərbçilərlə qarşılaşdıq, onlara təslim olduq”.
Təqsirləndirilən şəxs Davit Allahverdiyan isə sərbəst ifadəsi zamanı ilkin istintaqda bütün suallara cavab verdiyini və məhkəmə istintaqı zamanı da cavab verəcəyini bildirib. “Mənə qarşı münasibət insani, yaxşı olub, buna görə təşəkkür edirəm. İndi də bütün suallara cavab verməyə hazıram”, - deyə o əlavə edib.
Digər Xəbərlər

Davit Allahverdiyan: Mənə qarşı münasibət yaxşı olub

"Kənddəki oğlanlarla qərara gəlib mövqeləri qorumağa getdik" - Paşayan

Erməniəsilli şəxslərin məhkəməsində sənədlərin tədqiqi mərhələsi başladı - FOTOLAR
