Ağadadaş Ağayevə HÖKM OXUNDU

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Adalet.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Ağadadaş Ağayevə 2 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə Ağadadaş Ağayevə təyin edilən cəza şərti hesab edilib. Ona 1 il sınaq müddəti təyin edilib.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Ağadadaş Ağayevə 2 il azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə həmin cəzanın şərti hesab olunmasını istəmişdi.
Digər Xəbərlər

"Kənddəki oğlanlarla qərara gəlib mövqeləri qorumağa getdik" - Paşayan

"Postdan Xankəndiyə qaçmağa başladıq, yolda sizin hərbçilərə təslim olduq" - Stepanyan

Erməniəsilli şəxslərin məhkəməsində sənədlərin tədqiqi mərhələsi başladı - FOTOLAR

Erməni general Azərbaycana qarşı döyüşdüyünü məhkəmədə etiraf etdi

Ədalət Verdiyevin məhkəmə prosesi keçirildi

Tanınmış vəkil Adəm Məmmədov həbs edilib

Casus proqramlarına görə həbs olunmuş azərbaycanlı: "İstənilən adamın telefonuna giriş edə bilərdik"
