Fidan:Avropanın təhlükəsizliyi yalnız Türkiyənin iştirakı ilə təmin oluna bilər

Avropanın təhlükəsizliyi yalnız Türkiyənin iştirakı ilə təmin oluna bilər.
Adalet.az “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan xorvatiyalı həmkarı Qordan Qlik Radman ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O, söyləyib ki, Avropanın təhlükəsizliyi təkcə Ukrayna ilə bağlı məsələ deyil.
Nazir, həmçinin qeyd edib ki, ölkəsi Rusiya-Ukrayna müharibəsi ilə bağlı öhdəsinə düşəni etməyə hazırdır: “Biz həmişə bildirmişik ki, dialoqa və demokratiyaya əsaslanan təşəbbüslərə açığıq".
H.Fidan, eyni zamanda Türkiyənin bundan sonra da Suriyanı dəstəkləyəcəyini diqqətə çatdırıb.
Digər Xəbərlər

Türkiyə MN: Humanitar yardımların Qəzzaya davamlı çatdırılması regionda atəşkəs üçün şərtdir

Ərdoğan: 40 ildir davam terror bəlasından xilas olmağa çox yaxınıq

Putin: Makron kimilərinin arzusu reallaşmayacaq
