06 Mart 2025 19:35
99
DÜNYA

Sabah İƏT XİN başçılarının iclası keçiriləcək

Martın 7-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin növbədənkənar iclası keçiriləcək.

Adalet.az xəbər verir ki, toplantı Səudiyyə Ərəbistanın Ciddə şəhərində baş tutacaq. 

İclasda üzv ölkələrin nazirlərinin iştirakı gözlənilir. 

Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, ölkənin baş diplomatı Hakan Fidan da toplantıya qatılacaq.