Zelenski Aİ sammitində çıxış etdi

Ukrayna prezidenti Volodimir Zelenski Avropa liderlərinə dəstəyə görə təşəkkür edib.
Adalet.az xəbər verir ki, bu barədə o, Brüsseldə Aİ liderlərinin müdafiə məsələləri və Ukrayna üzrə fövqəladə sammitində deyib.
"Müharibənin əvvəlindən indiyə qədər bu müddət ərzində və son bir həftə ərzində bizimlə qaldınız. Biz bunu hiss edirik. Ukrayna xalqına, Ukrayna əsgərlərinə, mülki şəxslərə, bütün ailələrimizə güclü siqnal göndərməyiniz çox vacibdir. Və çox gözəldir ki, biz tək deyilik", - Ukrayna prezidenti bildirib.
Digər Xəbərlər

Putin: Makron kimilərinin arzusu reallaşmayacaq

Fidan: Avropanın təhlükəsizliyi yalnız Türkiyənin iştirakı ilə təmin oluna bilər

Sabah İƏT XİN başçılarının iclası keçiriləcək
