D. Medvedev: "Makron birdəfəlik yox olacaq"

Rusiya təhlükəsizlik şurasının sədr müavini Dmitri Medvedev bəyan edib ki, Fransanın prezidenti Emmanuel Makron 2027-ci il may ayının 14-dən "birdəfəlik yox olacaq". TŞ-ın sədr müavini bu bəyənatını ingilus dilində X sosial şəbəkəsində yayımlayıb.
"Makron deyib ki, Rusiya hələ uzun illər Fransa və ümimiyyətlə Avropa üçün təhlükə yaradacaq. "Makronun" özü daha böyük təhlükə yarada bilməyəcək, çünki 14 may 2027-ci ildən gec olmayaraq o, həmişəlik yox olacaq, heç kim onu xatırlamayacaq"- deyə Medvedev yazıb.
Xatırladırıq ki, Emmanuel Makronun səlahiyyət müddəti 2027-ci ildə bitəcək.
Rüstəm Hacıyev