06 Mart 2025 18:45
205
GÜNDƏM

"28 May" stansiyasında qatarda nasazlıq baş verdi

"28 May" stansiyasında "Dərnəgül-Əhmədli" marşrutu üzrə hərəkət edən qatarda texniki nasazlıq yarandığı üçün sərnişinlər düşürülüb və qatar "Nərimanov" elektrik deposuna göndərilib.

Bu barədə Adalet.az-a Bakı Metropoliteninin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, həmin qatarın əvəzinə xəttə qatar verilib. İki qatar arasında yaranmış 7 dəqiqəlik interval fərqi qısa müddətdə aradan qaldırılıb.