06 Mart 2025 21:31
438
İDMAN

Braziliyalı qapıçı Çempionlar Liqasında həftənin oyunçusu seçilib

İngiltərənin "Liverpul" klubunun qapıçısı Alisson Beker UEFA Çempionlar Liqasında həftənin oyunçusu seçilib.

Adalet.az xəbər verir ki, braziliyalı qolkiper 1/8 final mərhələsinin PSJ-yə (Fransa) qarşı ilk matçında yüksək performans sərgiləyərək 9 qurtarışla yadda qalıb.

Qeyd edək ki, mükafata həmçinin Rodriqo (“Real”, İspaniya), Martin Edeqor (“Arsenal”, Fransa) və Harri Keyn (“Bavariya”, Almaniya) namizəd idi.