"Qarabağ" "Sumqayıt"a qalib gəlib

"Qarabağ Misli Premyer Liqasının XXV turunda "Sumqayıt"a qalib gəlib.
Adalet.az-ın məlumatına görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş "köhlən atlar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam təmsilçisinin heyətində Kadi Borges (31), Leandro Andrade (38) fərqləniblər.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv hazırda 60 xalla liderdir. "Gənclik şəhəri" təmsilçisi 22 xalla 8-ci pillədə qərarlaşıb.
Turun açılış qarşılaşmasında "Şamaxı" səfərdə "Səbail"i 2:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, tura martın 5-də yekun vurulacaq.
Digər Xəbərlər

Braziliyalı qapıçı Çempionlar Liqasında həftənin oyunçusu seçilib

“Zirə”nin məşqçilər korpusuna yeni təyinat olub

Azərbaycan – Haiti oyununun başlama saatı bəlli oldu

Böyük Qayıdışdan böyük futbola açılan cığır… - VİDEO

“Liverpul” PSJ-yə, “Barselona” “Banfika”ya qalib gəldi - VİDEO

Çempionlar Liqası: "Bavariya" "Leverkuzen"ə, PSJ "Liverpul"a qarşı

Azərbaycan – Belarus oyununun yeri və saatı müəyyənləşdi
