06 Mart 2025 19:47
87
GÜNDƏM

90 manata iftar süfrəsi olarmı?!

On bir ayın sultanı olan Ramazanda insanlar oruc tutur.

Təbii ki, elə bayramında əsas şərti bu ayda oruc tutmaq, kasıblara kömək etmək və  adamları sevindirməkdir.  Bundan gözəl nə ola bilər?! Amma bizdə bəzi işbazlar var ki, bu gözəl Ramazan ayında da , pul qazanmaq istəyirlər.

Yaxşı qazanırlar, qazansınlar, amma insaflarını  itirməsinlər. Məsələn, restoranlar var ki, Ramazanda  iftar süfrəsini 70, 80, 90 manata açır. Nə olub, gərək bu əziz gündə də insanları soyasız?!  Əgər sizin ürəyinizdə Allah sevgisi varsa, o süfrəni od qiymətinə deyil, 15- 20 manata açın! Və bir də iftarın açan adam su, xurma və yüngül yeməklər yeyir.

Əgər Allahı çox istəyirsinizsə,  imkanı olmayan, oruc tutan  adamlara pulsuz süfrə açsalar bu, daha gözəl  olar.Bu addımı isə  bəlkə kimlərsə, atıb, amma biz bilmirik. Bizcə, kasıb adamları  orucluqda  sevindirməkdən   gözəl heç nə ola bilməz. Bax , qoy, restoranlar belə bir xeyirxahlıq etməklə yadda qalsınlar. Yoxsa qiymətləri bu əziz gündə  dörd- beş dəfə qaldırmaqla Allah yanında böyük günaha batırlar!

Emil Faiqoğlu