06 Mart 2025 20:06
211
GÜNDƏM

Ramazanın 7-ci günü: Dua, imsak və iftar vaxtı

Martın 7-də Ramazan ayının yeddinci günüdür.

Adalet.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən Bakıda imsak saat 05:40-da, iftar isə saat 18:53-dədir.

İftardan qabaq oxunan dua:

İlahi, sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və sənə təvəkkül edirəm. Həqiqətən, sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət sahibi, günahlarımı bağışla!

Ramazan ayının 7-ci gününün duası

Allahummə əinni fihi əla siyamihi və qiyamih. Və cənnibni fihi min həfəvatihi və asamih. Vərzuqni fihi zikrəkə bidəvaih. Bitəvfiqikə ya hadiyəl-muzillin.

Tərcüməsi:

İlahi, mənə bu gün oruc tutmaqda və gecə oyaq qalıb ibadət etməkdə kömək ol. Bu gün məni səhv və nöqsanlardan uzaqlaşdır. Sənin daimi zikrini mənə qismət et. Kömək və yardımına and verirəm, ey yolunu azmışların hidayətçisi!