Buranı kim düzəldəcək?!

Elə yerlər var, onun mütləq təmirə və yenidən düzəldilməsinə böyük ehtiyac var.
Və həmin yerlər vaxtında təmir edilməyəndə bu, insanların narazılıgina səbəb olur. Məsələn, Suraxanı rayonunun Yeni Günəşli yaşayış sahəsinin "D" massivində, konkret olaraq " Fatimeyi- Zəhra" məscidinin yanından keçən küçədə səki var, ancaq tam düzəldilməyib. Yəni həmin yerlər kələ- kötür olduğuna görə , piyadalar avtomobil yolunu çıxır və həmin yerlə hərəkət edirlər.
Bu isə onların həyatı üçün böyük təhlükə yaradır. Başqa sözlə demiş olsaq, hər an yola çıxan piyadanı nəqliyyat vasitələri vura bilər.Təbii ki, bu mənzərəni adiyyatı qurumlar görməmiş deyil. Sadəcə olaraq buna əhəmiyyət verən yoxdur.
Aydındır ki, belə vəziyyətin mövcud olması o qədər də xoşagələn deyildir.Biz bir daha ordakı vəziyyəti bu işə məsul olan qurumların yadına salıb, öz borcumuzdan çıxdıq! İndi söz sahibi adiyyatı təşkilatlarındır. Gözləyək, görək nə olur!!!
Emil Faiqoğlu
Digər Xəbərlər

Şəhid Ələsgər Mirzəliyevlə vida mərasimi keçirildi

Polis səhhəti pisləşən qaziyə kömək etdi - VİDEO

Hikmət Mirzəyevə ağır itki

Suda batan maşın belə çıxarıldı - VİDEO

Kürdəmirdə yük avtomobili YANDI - VİDEO

Şabran çayında batan 2 nəfərin kimliyi məlum oldu - YENİLƏNİB

Yağışlı havada ölümlə nəticələnən qəza baş verməyib
