01 Aprel 2025 17:14
233
İQTİSADİYYAT

Trampın sərvəti ARTIB

ABŞ Prezidenti Donald Tramp sərvətini 2024-cü ildəki 2,3 milyard dollardan 2025-ci ildə 5,1 milyard dollara qədər artırıb.

Adalet.az TASS-a istinadən xəbər verir ki, bu, ABŞ-nin “Forbes” jurnalının dərc etdiyi dünyanın ən varlı insanlarının 39-cu reytinqində öz əksini tapıb.

“Forbes”ın məlumatına görə, D.Trampın sərvətinin əsas hissəsini daşınmaz əmlak təşkil edir. Ona həmçinin qolf klubları, lüks malikanələr, şərab zavodu, həmçinin “Trump Force One” kimi tanınan 1991-ci il istehsallı “Boeing 757-200” təyyarəsi məxsusdur.

Jurnalın siyahısına ümumi sərvəti 16,1 trilyon dollar təşkil edən 3 mindən çox insan daxil edilib. “Forbes”ın qeyd etdiyi kimi, ilk dəfə olaraq üç nəfər 200 milyard dollardan çox sərvətə sahibdir.