31 Iyul 2025 12:56
243
İDMAN

“Turan Tovuz” “Qarabağ”ın sabiq hücumçusunu transfer etdi

“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan Adalet.az-a verilən məlumata görə, son olaraq Fransa təmsilçisi "Sent-Etyen"də çıxış etmiş hücumçu İbrahima Vadji ilə 1+1 illik müqavilə imzalanıb.

30 yaşlı seneqallı futbolçu karyerası ərzində Türkiyədə "Qaziantep BB", Norveçdə "Molde" və "Hauqesund", ölkəmizdə isə "Qarabağ"ın formasını geyinib.