Türkiyədə aksiyalar 12 gündür davam edir

Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrem İmamoğlunun həbsi ilə başlayan etirazlar 12 gündür davam edir.
Adalet.az xəbər verir ki, etirazçılar üzlərinin tanınmaması üçün maskalardan istifadə edirlər.
İndiyədək nümayişlərdə 2000-dək insan saxlanılıb. Etirazçıları müəyyən etmək üçün sifətin tanınması texnologiyalarından istifadə olunur.
İndiyədək aksiyaları işıqlandıran 13 türk jurnalisti saxlanılıb