21 Aprel 2025 10:39
685
ƏDƏBİYYAT

Xalqımızın şəhidlərə ehtiramı: 2 yaşlı Aişənin doğum günü keçirildi 

Azərbaycan xalqı canını vətən üçün qurban verən vətən oğullarının müqəddəs xatirəsini heç vaxt unutmur.


Adalet.az xəbər verir ki, lokal xarakterli Antiterror əməliyyatında tarix yazaraq şəhadətə ucalan şəhid Oleq Cəfərov da xüsusi minnətdarlıq hissi ilə anılıb.
Beləki, şəhidimizin qızı Aişənin 2 yaşının tamam olması münasibəti ilə ictimaiyyətimiz bir yerə yığışaraq onun özəl gününü xsüsusi təmtəraqla keçirib.
“Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin və “XeberTıme.az” İnformasiya Portalının təşkilatçılığı, "Olimpik star" idman kompleksinin Uşaq Əyləncə Mərkəzinin dəstəyi ilə tədbir keçirilən tədbir nəinki Aişənin , eləcə də tədbirə qatılan bütün şəhid ailələrinin, şəhid övladlarının, qazilərin ürəyincə olub.
Yeri gəlmişkən, tədbirdə “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin üzvləri, ziyalılar, media nümayəndələri, müəssisə rəhbərləri, bir sıra ictimayyət nümayəndələri iştirak iştirak etdilər.
Tədbirdə 1992-ci ildə şəhid olmuş Famil Məmmədovun qızı Dilbər Məmmədova da iştirak edərək doğum günü olan Ailə balaya qiymətli hədiyyə bağışladı. Əlavə olaraq təşkilatımızın üzvü Şəhla xanım Hüseynova və digər iştirakçılar, hətta şəhid övladları Aişə balanı müxtəlif hədiyyələrlə təbrik etdilər.
Tədbirin təşkilində DELUXE CARGO MMC Beynəlxalq yükdaşıma şirkətinin həmsədrləri Kəmalə xanım və Nicat bəy tədbirdə iştirak edən bütün şəhid övladlarına hədiyyə bağışladılar Şəhid övladları üçün ayrıca masa bəzəyərək onlar üçün gözəl bir gün keçirilməsini təşkil etdilər. Ayrıca şəhidimizin övladı, doğum günü olan Cəfərova Aişə üçündə qiymətli hədiyyə verdilər.
Birliyin sədri Radə Abbas saytımıza bildirdi ki, süfrənin bəzədilməsində “Sufle Cake Hauz" Şirkəti doğum günü tortu, Sumqayıt şəhər “Ruqəyya şirniyyat” evi bütün tədbiri təmin edəcək qədər müxtəlif gözəl şirniyyatlar yollamışdılar:" Şirniyyatların təşkil edilməsi “XeberTıme.az” İnformasiya Portalının rəhbəri Yeganə xanım Telmanqızına məxsusdur. "Böyük Frat" Restopanlar şəbəkəsinin rəhbəri Hüseyin Böyükfrat tədbirimizin iştirakçılarını təmin edəcək qədər dönər yollayaraq dəstək verdi".
Xanım sədr onu da vurğuladı ki, tədbir rəsmi və bədii hissədən ibarət olaraq yüksək səviyyədə həyata keçirildi.


Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin giziri Cəfərov Oleq Qılıç oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmət ordeni” ilə təltif edilib. Şəhadətindən 4 ay sonra Aişə adlı qızı dünyaya gəlib.

Tanrı Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, türk dünyasının birliyi və tərəqqisi uğrunda canını qurban verən bütün şəhidlərimizin ruhunu şad məkanını cənnət eləsin.


Əntiqə Rəşid