Xankəndidə yanğın törədən şəxs həbs edildi

İyulun 27-də Xankəndi şəhərində yaşayış binalarından birinin yaxınlığında yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Adalet.az-a verilən məlumata görə, araşdırmalarla yanğının 1973-cü il təvəllüdlü Malik İsmayılov yemək hazırlayarkən qaladığı ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.
Hadisə nəticəsində təxminən 40 kv.m sahədə yaşıllığa zərər vuran M.İsmayılov barəsində həbs qərarı verilib.
Digər Xəbərlər

Lənkəranda çimərlik ərazisində avtoxuliqanlıq edən şəxs həbs edildi

İrandan PUA ilə Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

DİN-dən əməliyyat - Saxlanılanlar var
