Xarici dipıomatlar Qarabağ Universitetində - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, xarici diplomatik korpusun işğaldan azad olunmuş ərazilərə tanışlıq səfərlərinin təşkili davam etdirilir.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, Xankəndidə səfərdə olan Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların, ümumilikdə 100-dən çox xarici diplomatik nümayəndəsi ilk olaraq Qarabağ Universitetində olublar. Burada onları Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov bə Qarabağ Universitetinin rektoru Şahin Bayramov qarşılayıb.
Səfərdə Azərbaycanda akkreditə olunmuş 33 ölkədən və 7 Beynəlxalq təşkilatdan, ümumilikdə 100-dən çox diplomat və hərbi attaşelər iştirak edir.
Səfərdə məqsəd xarici diplomatları Xankəndi əhərində həyata keçirilən bərpa və yenidənqurma işləri və Qarabağ Universitetində tələbələr üçün yaradılan şəraitlə yaxından tanış olmaqdı.
***
09:55
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri (səfirlər və müşavirlər) Xankəndiyə gediblər.
Adalet.az xəbər verir ki, səfər diplomatik korpus nümayəndələrini Xankəndi və Şuşa şəhərləri ilə tanış etmək məqsədi daşıyır.
Səfər çərçivəsində onların Qarabağ Universiteti, Xankəndi şəhərinin mərkəzi, Şuşa şəhərində Qarabağ küçəsi, Aşağı Gövhər Ağa məscidi və Şuşada birinci yaşayış kompleksini ziyarət etməsi nəzərdə tutulub.
Digər Xəbərlər

Ceyhun Bayramov: İndi hər şey Ermənistan tərəfinin addımından asılıdır

Əminə Ağazadə MDB PA-nın iclasında məruzə ilə çıxış edib

CƏSARƏT VƏ SƏDAQƏT OLMADAN ƏDALƏT TƏMİN EDİLMİR

Sahibə Qafarova Azərbaycanın faşizm üzərindəki qələbədə rolundan danışıb - FOTOLAR

Zakir Həsənov Türkiyə HDQ komandanı ilə görüşdü - VİDEO

İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi

Azərbaycanla Gürcüstan Cənubi Qafqazda sülhün təmin edilməsinə, təhlükəsizliyə öz töhfəsini verir
