Çətinə düşəndə...

Bir balaca çətinlik olan kimi, bəzi insanlar bundan sui- istifadə edirlər. Məsələn, bayram günlərində rayona gedəndə avtobus, mikroavtobus və taksi sürücüləri qiymətləri bahalaşdırır.
Beş manata gedilən yerə on manat pul alırlar. Eyni zamanda bayramın axırıncı günündə- rayondan qayıdanda yenə sərnişinlərdən artıq pul alırlar. Bilirlər ki, insanlar çıxılmaz vəziyyətdədir. Hansı qiyməti desə, sərnişinlər onlarla razılaşacaqlar. Amma insaf da yaxşı şeydi, axı! Və hər şeyin real qiyməti var.
Təəssüf ki, belə kriteriyalara insafsız adamlar bir o qədər də qiymət vermirlər! Bax, ustalar da belədir, ey! Elə ki, əlimyandı ilə onlara işin düşür, gözlərin yumub, ağızların açaraq sən qiymət" oxuyur" lar. Hələ yalan danışmaqlarını demirik. Onların çoxunun dilinə düz söz gəlmir. Yalandan atalarının, analarının, balalarının canlarına and içirlər. Təki istədikləri pulu alsınlar.Bax, bizim bəzi sürücülər və ustalar belədir. Allah onlara insaf versin!
Emil Faiqoğlu
Digər Xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə Ramazan bayramı münasibətilə tədbir keçirilib - FOTOLAR

Sabah Bakıda 22 dərəcə isti olacaq

Daxili su hövzələrində sənaye balıq ovu qadağan edilir
