Yardımlıda azyaşlı fahişəliyə cəlb edildi - Anası və 3 nəfər həbs olundu

Yardımlıda azyaşlıya qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə faktı qeydə alınıb.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə məlumat yayıb.
O bildirib ki, Yardımlı rayonunda 8-ci sinif şagirdinə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 4 nəfər həbs edilib.
"Onlardan biri, azyaşlının anasına Cinayət Məcəlləsinin 171-ci maddəsi ilə cinayət işi açılıb. Digər şübhəli şəxslərlə bağlı da istintaq işi aparılır. Azyaşlı reabilitasiyaya cəlb ediləcək,sığınacağa yerləşdiriləcək", - deyə K.Ağazadə qeyd edib.
Digər Xəbərlər

Suda batan maşın belə çıxarıldı - VİDEO

Kürdəmirdə yük avtomobili YANDI - VİDEO

Şabran çayında batan 2 nəfərin kimliyi məlum oldu - YENİLƏNİB

Yağışlı havada ölümlə nəticələnən qəza baş verməyib

Su basmış yerlərdən 33-ü uşaq olmaqla 135 nəfər vətəndaş təxliyə olunub - VİDEO

İş yoldaşını xilas etmək istəyərkən həlak olub - Ağsudakı dəhşətli hadisənin görüntüləri

Azərbaycanda ZƏLZƏLƏ OLDU
