Yaşar Gülər: Terror təşkilatları anlayır ki, özlərini ləğv etməkdən başqa çıxış yolları yoxdur

Terror təşkilatları anlayır ki, özlərini ləğv etməkdən başqa çıxış yolları yoxdur.
Adalet.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər “18 Mart Şəhidlərini anma günü və Çanaqqala Zəfəri”nin 110-cu ildönümü ilə bağlı keçirilən tədbirdə deyib.
O bildirib ki, terrorla mübarizə uzun illər ölkəsinin prioritetlərindən olub: “Türkiyə Silahlı Qüvvələri tarix boyu olduğu kimi ölkənin birlik və bütövlüyünə qarşı istənilən təhdidə qarşı böyük əzmlə mübarizə aparır, üzərinə düşən vəzifələri uğurla yerinə yetirir. Təhlükəsizlik qüvvələrinin hərtərəfli mübarizəsi və əməliyyatları sayəsində terror təşkilatlarının fəaliyyəti məhdudlaşıb. Artıq həlledici mərhələyə daxil olmuşuq” .
Y.Gülər qeyd edib ki, terrorçular harada olmalarından asılı olmayaraq, silahlarını dərhal və qeyd-şərtsiz yerə qoymalıdırlar:
"Son məqsədimiz terrora son qoymaq, silahlı qrupları tamamilə ləğv etmək və ölkəmizə qarşı bütün təhdidləri aradan qaldırmaqdır. Ona görə də təxribata və sui-istifadəyə yol verilməyəcək, ehtiyatlı və rasional yanaşma əsas götürüləcək”.
Digər Xəbərlər

Pakistanda terror törədildi - Xeyli sayda hərbçi öldü

Pezeşkiandan Azərbaycan və Ermənistan arasında sülhlə bağlı AÇIQLAMA

Ərdoğan Trampla danışdı

Ukraynadakı münaqişə ilə bağlı ABŞ-dən mühüm açıqlama

Türkiyə XİN: Krımın ilhaqı beynəlxalq hüququn pozulmasıdır

Numan Kurtulmuş: Türkiyə ən qısa zamanda terrordan xilas olacaq

Tramp orduya əmr etdi: Onlarla hədəfə zərbələr endirildi
