Xankəndidə Novruz konserti olacaq

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə martın 18-də saat 19:45-də Xankəndidəki Zəfər meydanında "Xankəndinin bahar nəğməsi" adlı konsert olacaq.
Bu barədə Adalet.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Xankəndi, Xocalı və Ağdərədə axırıncı torpaq çərşənbəsi də qeyd olunacaq, Novruz tonqalı yandırılacaq. Sakinlər Xocalı şəhərinin girişində quraşdırılmış Səməni ətrafına toplaşacaq, torpağın oyanışını uzun illər həsrətində olduqları el-obalarında qeyd edəcəklər.
Digər Xəbərlər

Türkiyənin tarixi irsi olan Karahantəpə xüsusi örtüklə mühafizə olunacaq -FOTOLAR

Leyla Əliyeva "Oxbridge Baku" Akademiyasında olub - FOTOLAR

Matviyenko Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub - FOTOLAR
