Ənvər Həsənovun dəfn yeri məlum oldu - YENİLƏNİB

Xalq artisti Ənvər Həsənov Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində ailə qəbiristanlığında dəfn olunacaq.
Adalet.az xəbər verir ki, bu barədə Report-a aktyorun qızı Aytən Həsənova məlumat verib.
Onun sözlərinə görə, aktyorla vida mərasimi evində olacaq.
A.Həsənova vida və dəfn mərasimində medianin çəkiliş aparmamasını xahiş edib.
***
Xalq artisti, aktyor, rejissor Ənvər Həsənov vəfat edib.
Adalet.az xəbər verir ki, bu barədə APA-ya aktyorun ailə üzvləri bildirib.
Qeyd edək ki, Xalq artisti Ənvər Həsənov yanvarın 10-da saat 10:15-də halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib. Yanvarın 17-də vəziyyətinin ağırlaşması səbəbilə pasiyent Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub. Yanvarın 18-də vəziyyəti stabilləşən Xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb. Fevralın 3-ü isə Xəzər Tibb Mərkəzindən Reabilitasiya Mərkəzindən evə buraxılıb.
Digər Xəbərlər

BAHAR BAYRAMININ TARİXİ VƏ FƏLSƏFƏSİ

Nazirlik xalq artistinin vəfatı ilə bağlı nekroloq yayımladı

Ziyadxan Əliyev vəfat etdi

Xankəndidə Novruz konserti olacaq

“Qızılgülün sirri” sərgisinin açılışı oldu - FOTOLAR

Nağıllar diyarı Kapadokiyada evlənərək xoşbəxtliyə ilk addımınızı atın - FOTOLAR
jpg-1741851321.jpg)
Hollandiyada “Sovjet Ereveld Experience” müzeyinin tikintisinə Azərbaycan töhfəsi
