Şimali Makedoniya Prezidenti “Atəşgah məbədi”ndə olub

Azərbaycanda rəsmi səfərdə olan Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova martın 12-də “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olub.
Adalet.az xəbər verir ki, məbədlə tanışlıq zamanı ali qonağa bu qədim abidənin tarixi haqqında ətraflı məlumat verildi. Qeyd edildi ki, Bakının mərkəzinin 30 kilometrliyində, Suraxanı rayonu ərazisində yerləşən “Atəşgah məbədi” demək olar bütün dünyada tanınır. Qədim dövrlərdə bu ərazidə atəşpərəstlərin məbədi yerləşib. Əbədi alova mistik əhəmiyyət verən atəşpərəstlər müqəddəs oda sitayiş etmək üçün buraya gəliblər.
Diqqətə çatdırılıb ki, XV-XVII əsrlərdə ticarət karvanları ilə Abşerona gələn atəşpərəst hindular Suraxanını ziyarət ediblər. Hindli tacirlər qədim məbədin yerində yeni tikililər inşa ediblər. “Atəşgah məbədi”nin ən erkən tikilisi 1713-cü ilə aiddir. XVIII əsrdə məbədin ətrafında ibadətgah, hücrələr, karvansara inşa edilib.
Məlumat verilib ki, 2012-ci ilin sentyabrından Heydər Əliyev Fondunun dəstəyi ilə məbədə bitişik ərazilərdə abadlıq işləri aparılıb, yardımçı binalar tikilib.
Digər Xəbərlər

Nazirlik xalq artistinin vəfatı ilə bağlı nekroloq yayımladı

Ənvər Həsənovun dəfn yeri məlum oldu - YENİLƏNİB

Ziyadxan Əliyev vəfat etdi

Xankəndidə Novruz konserti olacaq

“Qızılgülün sirri” sərgisinin açılışı oldu - FOTOLAR

Nağıllar diyarı Kapadokiyada evlənərək xoşbəxtliyə ilk addımınızı atın - FOTOLAR
jpg-1741851321.jpg)
Hollandiyada “Sovjet Ereveld Experience” müzeyinin tikintisinə Azərbaycan töhfəsi
