Vətəndaşların evdə sosial xidmət almaq hüququ genişləndirilir

Evdə (səyyar) sosial xidmətdən istifadə edən vətəndaşların əhatə dairəsi genişləndirilir.
Adalet.az xəbər verir ki, dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sosial xidmət haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Qeyd olunub ki, qanunda “eyni yaşayış məntəqəsində yaşamayan” ifadəsinin daha geniş əhali kateqoriyasını əhatə etməsi müvafiq olaraq vətəndaşların evdə (səyyar) sosial xidmətdən istifadə hüququnu məhdudlaşdırır.
Belə ki, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanunun 2.3-cü maddəsinə əsasən Bakı şəhərinə münasibətdə yaşayış məntəqəsi dedikdə Bakı şəhəri bütövlükdə başa düşülür.
Təklif olunan dəyişikliyə əsasən “eyni yaşayış məntəqəsində yaşamayan” ifadəsinin “Bakı şəhəri üzrə eyni inzibati ərazi vahidində, digər şəhər və rayonlar üzrə isə eyni inzibati ərazi dairəsində” ifadəsi ilə əvəz edilməsi xidmətdən istifadə edən vətəndaşların əhatə dairəsinin genişləndirilməsinə töhfə verəcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Nicat
Digər Xəbərlər

Ağdamda da Novruz bayramı qeyd edildi - FOTOLAR

Suqovuşanda məscid istifadəyə verildi - FOTOLAR + YENİLƏNİB

İlham Əliyev və xanımı Ağdərədə Novruz tonqalını alovlandırdılar - FOTOLAR

Prezidentin Həsənriz sakinləri ilə görüşündən FOTOLAR

Ağdərədə insana məxsus olduğu ehtimal edilən sümüklər tapılıb

FHN-dən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT

Sosial xidmətin keyfiyyətinə nəzarət qaydaları müəyyənləşir
